Yuxarı

10 min abonentin qazı kəsiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Hacıqabul və Sabirabad rayonlarının bəzi hissələrində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Axar.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun 8 kəndi, 2 qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.

Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) “Qaz İxrac” İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən CAKA-80 tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, 1 ədəd RDO50/100 markalı qaz tənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.

Bu səbəbdən qaz təchizatının “Qarasu” QPS-dən qidalanan “Qarasu əhali” ölçü qovşağından dayandırılması planlaşdırılır.

Tarix
2024.10.22 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ümid edirik ki, yaxında Bakı və İrəvan... - BMT rəsmisi

Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman

Zakir Həsənov Qırğızıstana getdi

Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər

Mərənddə güclü qar yağdı, yollar bağlandı

Şarmazanov: Nikol oğlunu niyə Azərbaycana göndərib?

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla