Yuxarı

Pensiyaların verilməsi bu səbəbdən gecikir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə aydır ki, regionlarda pensiyaların verilməsində gecikmə halları müşahidə olunur. Dövlət Sosial Müdafiə Fondunun rəsmi açıqlamasına görə, Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur. Lakin gecikmənin konkret səbəbi ilə bağlı məlumat verilməyib.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə son zamanlar DSMF-nin fəaliyyəti ilə bağlı tənqidlər geniş vüsət alıb:

“DSMF-nin fəaliyyəti ilə bağlı çoxlu sual və tənqid var. Son zamanlar doğrudan da təqaüdlərin gecikdirilməsi ilə bağlı çoxsayılı şikayətlər özünü göstərir. Bu şikayətlərin əsası ondan ibarətdir ki, DSMF pul köçürmələri ilə bağlı öhdəliyini vaxtlı-vaxtında həyata keçirə bilmir. DSMF rəsmilərinin yanaşması odur ki, bu texniki problemdir və yaxın zamanlarda həll olunacaq. Lakin söhbət ondan gedir ki, ilin əvvəlində büdcə qəbul olunduqdan sonra minimum təqaüdlərdə 10 faizə yaxın artım nəzərdə tutuldu”.

Ekspertin fikrincə, təqaüdlərin gecikməsi texniki nasazlıqla bağlıdır:

“Bu DSMF-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhvidir ki, vaxtı-vaxtında bu hesablamaları aparıb Maliyyə Nazirliyinə və hökumətin digər qurumlarına məlumat verə bilmir. Yeni maliyyə mənbələrinin vaxtında köçürülməsinə və insanların bundan əziyyət çəkməməsinə şərait yaradılmalı idi. Təəssüf ki, biz bunu görmədik. Nəticə etibarı ilə, həmin qurumların səhlənkarlığı insanların narazılığına səbəb olur. Düzdü, bu sadəcə texniki məsələdir və insanların təqaüdləri ödəniləcək. Sadəcə çatışmayan vəsaitin Maliyyə Nazirliyi tərəfindən ayrılması və DSMF tərəfindən idarə olunması tezləşdirilməli və sürətləndirilməlidir”.

Tarix
2024.10.22 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ümid edirik ki, yaxında Bakı və İrəvan... - BMT rəsmisi

Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman

Zakir Həsənov Qırğızıstana getdi

Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər

Mərənddə güclü qar yağdı, yollar bağlandı

Şarmazanov: Nikol oğlunu niyə Azərbaycana göndərib?

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla