Yuxarı

AZAL biletlərin onlayn qaytarılması xidmətini istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli aviadaşıyıcı - Azərbaycan Hava Yolları QSC (AZAL) sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.

Axar.az AZAL-a istinadən xəbər verir ki, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.

Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.

Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.

Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı bu videodan əldə etmək olar.

AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək mümkündür.

Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.

Tarix
2024.10.22 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Baydendən paşinyana: Bu, bütün Qafqazı dəyişəcək!

Ümid edirik ki, yaxında Bakı və İrəvan... - BMT rəsmisi

Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman

Zakir Həsənov Qırğızıstana getdi

Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər

Mərənddə güclü qar yağdı, yollar bağlandı

Şarmazanov: Nikol oğlunu niyə Azərbaycana göndərib?

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla