Yuxarı

Zakir Həsənov ona müraciət edən uşağa cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov ona müraciət edən uşağa cavab verdi

Müdafiə Nazirliyi ötən il xidməti zamanı həlak olan pilotun oğlunun müraciətinə reaksiya verib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a göndərilən cavabda bildirilib ki, 2013-cü il fevralın 11-də Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus helikopter Bakının "Şıx" çimərliyi istiqamətində qəzaya uğrayıb və nəticədə helikopterin ekipaj üzvləri - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov həlak olub.

Müdafiə Nazirliyi bir daha həlak olan hərbi qulluqçularımızın əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Nazirlik qeyd edib ki, kapitan Yaşar Əhmədovun həlak olması faktı üzrə hazırda Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Baş vermiş hadisəyə Hərbi Prokurorluq tərəfindən hüquqi qiymət verildikdən sonra müraciətdə qeyd olunan məsələlərə baxılacaq.

Qeyd edək ki, bu ilin fevralın 11-də Yaşar Əhmədovun 13 yaşlı oğlu Nicat Əhmədov atasına şəhidlik statusunun verilməsi üçün müdafiə naziri Zakir Həsənova müraciət etmişdi:

"Hazırda mənim ən böyük arzum atama şəhidlik adının verilməsidir.

Atamın doğulduğu Qazax rayon Aslanbəyli kənd orta məktəbinə də atamın adının verilməsini istərdim. Ailəm atama şəhid statusun verilməsi üçün bir sıra dövlət orqanlarının rəhbər və vəzifəli şəxslərinə müraciət edib. Hamısı bildirib ki, bu cinayət işi bağlandıqdan sonra status məsələsinə baxılacaq. Ancaq mən bir daha ailəm adından sizin vasitənizlə müdafiə naziri Zakir Həsənova müraciət edirəm. Xahiş edirəm ki, mənim müraciətimin reallaşmasına nazir özü daha yaxından nəzarət etsin".

Tarix
2014.02.15 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya bunsuz yaşaya bilməz - Prezident

Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü...

Çindəki proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir?

Bakıda beynəlxalq konfrans keçiriləcək

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla