Yuxarı

Cəbhə xəttində hərbi-tibbi təlim - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə xəttində hərbi-tibbi təlim - Foto

"N" saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçrilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, toplantıda nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də geniş əhatə edib. Müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilərək istifadəyə verilib.

Müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laborator kabinələr, yaralıların təxliyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb.

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bu işlər daha uğurla davam etdirilir. Maddi-texniki baza təkmilləşdirilir, tibbi-hərbi hissə və müəssisələr müasir tibbi avadanlıqla təmin edilir. Beynəlxalq əlaqələrimiz də genişləndirilir. Həkimlərimiz Türkiyədə, Almaniyada, ABŞ-da və digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edirlər", - N.Əliyev əlavə edib.

Bildirilib ki, Silahlı Qüvvələrimizin Tibb Baş İdarəsinin Respublika Səhiyyə Nazirliyinin nəzdində olan səhiyyə müəssisələri ilə sıx əməkdaşlığı nəticəsində son günlər ölkəmizə qarşı düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçularımıza yüksək tibbi xidmətin göstərilməsində nazirliyin mütəxəssislərinin xidmətləri də əvəzsizdir. Göstərilən yardıma görə Səhiyyə Nazirliyinin rəhbərliyinə, eləcə də bütün həkim kollektivlərinə minnətdarlıq ifadə edilib.

Sonra tibb xidməti polkovniki Famil Babayev, tibb xidməti polkovnik-leytenantı Vüsal Rəcəbli, tibb xidməti kapitanı Xalidə Abbasova müasir tibb elminin nailiyyətləri, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnərək onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunmasının vacibliyi və digər mövzularda məruzələrlə çıxış ediblər.

Toplantıda Gəncə, Mingəçevir, Naftalan, şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Yevlax rayonlarının və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Sonda toplantı iştirakçıları mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.

Tarix
2016.04.20 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla