Yuxarı

Bakıda 700 min borcu olan şirkət kimindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liman 2022 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qanuni təmsilçisi Seymur Əliyev Abduləli oğlu olan "Liman 2022 Company" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 689938.5 manat vergi borcu var.

Tarix
2024.11.01 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla