Yuxarı

Lələtəpəni alan Milli Qəhrəman - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lələtəpəni alan Milli Qəhrəman - Video

Polkovnik-leytenant Şükür Həmidov aprelin əvvəllərində Ermənistanın təxribatının qarşısını alarkən göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

Axar.az xəbər verir ki, ANS Milli Qəhrəmanın ailəsində olub və reportaj hazırlayıb olub. Polkovnik-leytenant Həmidov yenə də döyüş bölgəsində xidmətdədir, özü ilə görüşmək qismət olmasa da, ata-anası, qardaşı ilə görüşüb söhbət etməyə fürsət yaranıb.

Milli Qəhrəman da telefonla danışıb, ürək sözlərini çatdırıb.

Nəriman kişi atasının adını verib ona, ailənin 9-cu uşağıdır. Amma deməsinə görə, Şükür Həmidov həmişə birincilərdən olub:

"Şükür barədə xatirələr çoxdur. 8-ci sinifdən özünü hərbiyə həsr edib, Naxçıvanski hərbi məktəbi, sonra ali hərbi məktəb… Üst-üstə 20 ildən artıq xidməti var. Təbii ki, ən böyük xidməti hələlik son döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar olub".

Ailədə 10 uşaqdılar. Şərqiyyə xanım da Qəhrəman Anadır.

Əslən Qubadlıdan olan ailə indi qaçıqın həyatı yaşayır. Şükürün böyük qardaşı Əsəd isə birinci Qarabağ savaşında iştirak edib. Döyüşlərdə iştirak etdiyi Ləpətəpə 20 il əvvəl əldən verilsə də, bu gün qardaşı Şükür onu yenidən bizə qaytardı.

Tarix
2016.04.24 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

Trampdan Əliyevə: Bu, bizi ruhlandırır!

Makron İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

Tramp İlham Əliyevi təbrik etdi

İsrail prezidenti İlham Əliyevə məktub göndərdi

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı, Sumqayıt, Gəncə və Qarabağ... - Paşinyan

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla