Yuxarı

Yaşa görə əmək pensiyası: güzəştlər təklif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşa görə əmək pensiyası: güzəştlər təklif edildi

Minimum pensiya məbləği artdıqca, əmək pensiyası almaq üçün kapital tələbi də artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmaldır.

Axar.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bəzi hallarda kapital tələbini azaltmaq mümkündür:

“Minimum pensiya məbləğinin artması müsbət haldır və Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar, ailədə uşaqların sayı və digər faktorlar nəzərə alınaraq, kapital tələbi azaldıla bilər. Bu, daha çox yaşa görə müavinət alan bəzi vətəndaşımızın əmək pensiyası almasına imkan yaradar, daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilər”.

Tarix
2024.11.21 / 16:52
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla