Yuxarı

Bakıda türkiyəli gəncin həyatına son qoyan qəza - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Türkiyə vətəndaşı, 19 yaşlı Furkan Halvalı dünyasını dəyişib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, videogörüntüdə ağ rəngli taksi avtomobilinin motosiklet sürücüsünü sıxışdıraraq aşırdığı və gəncin yıxılan zaman başının bordürə dəydiyi əks olunub. Bildirilib ki, yıxılan gənc həyatını itirib.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, hadisə noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

"Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının motosiklet qəzasında həyatını itirməsi faktına görə başlanan cinayət işi nəzarətə götürülüb. Hazırda cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsində istintaq hərəkətləri aparılır, iş üzrə ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun qərar qəbul ediləcək", - deyə açıqlamada bildirilir.

Mərhum Furkan Halvalının anası Kezban Halvalı bildirib ki, protokollarda hadisəni törədən avtomobillə əlaqəli heç bir şey yoxdur:

"Əlimizdə olan videogörüntüdən də hadisənin özbaşına yox, "Bolt" şirkətinə məxsus taksi tərəfindən törədildiyi açıq-aşkar görünür. Görüntüdə isə qəza anını görürük, qəza öncəsini, təəssüf ki, görmürük. Hadisənin niyə baş verməsi haqqında heç bir məlumatımız yoxdur. Şübhə içindəyik. Bəlkə həmin insan onu izləyib, bəlkə də yolda hansısa münaqişə yaşayıblar. Oğlumun yaşadığı evlə hadisə baş verən yerin arasında cəmi üç dəqiqəlik məsafə var. Nə baş veribsə, bu aralıqda baş verib. Yaşadığımız bu çətin anlara rəğmən Azərbaycanın ədalətinə güvənmək istəyirik. Bizim övladımız getdi, gəlməz, istəyimiz günahkarın cəzasını çəkməsidir".

Tarix
2024.11.25 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı bu ölkəni təbrik etdi

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla