Yuxarı

MM-in sabiq deputatı, general məhkəməyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-in sabiq deputatı, general məhkəməyə verildi

Milli Məclisin sabiq deputatı Vladimir Timoşenko məhkəməyə verilib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Azəristiliktəchizat ASC ehtiyatda olan general-mayor barədə məhkəməyə müraciət edib.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.

Məlumata görə, qurumun məhkəməyə müraciət etməsinə səbəb Timoşenkonun qarajı olub. Belə ki, Azəristiliktəchizat ASC qarajın qanunsuz olduğunu bildirib və sabiq deputatdan obyektin sənədlərini təqdim etməsini tələb edib. Sənədlərin qaydasında olmadığı məlum olduqda isə ondan qarajın sökülməsi tələb olunub.

81 yaşlı Timoşenko Kiyevdə anadan olub. Ehtiyatda olan general-mayor Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

Timoşenko 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilib.

Tarix
2024.11.25 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla