Yuxarı

“Abzas Media” işi üzrə həbs edilənlərlə görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.

Bu barədə Axar.az-a Ombudsman Aparatından verilən məlumatda deyilib.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib.

Başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.

MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova da konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib, bəzi müraciətləri yerində təmin olunub. Qəbul edilmiş şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib.

Başçəkmənin yekununda təcridxananın rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Tarix
2024.12.02 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

İlham Əliyev Maldiv liderini təbrik etdi

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Etiraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla