Yuxarı

“Nar”ın dəstəyi ilə beynəlxalq simpozium keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”ın dəstəyi ilə beynəlxalq simpozium keçirildi

Ölkənin ən sərfəli mobil operatoru olması ilə yanaşı, sosial layihələri də xüsusi diqqət mərkəzində saxlayan “Nar” “Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I Beynəlxalq Elmi Simpoziumun keçirilməsinə dəstək olub. Xəzər Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan dili və ədəbiyyatının inkişaf etdirilməsi və türk dünyasında daha geniş tanıdılması məqsədi ilə təşkil edilib.

İki gün davam edən simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasının və Şimali Kipr Türk Respublikası kimi ölkələrin alimlərini bir araya gətirərək dil və ədəbiyyat üzrə aktuallığını qoruyan mövzuları müzakirəyə çıxarıb. Tədbirdə ümumilikdə 100-ə yaxın elmi tədqiqatçı müxtəlif mövzulu tezislərlə həm əyani, həm də onlayn sessiyalarda çıxış edib. Həmçinin, simpozium çərçivəsində milli dramaturgiyamızın görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqram təqdim edilib.

“Nar” ana dilimizin təbliği və mədəni irsimizin qorunmasını öz sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi hesab edir. Simpoziumun dəstəkçisi olaraq, “Nar” bu sahədə gələcək elmi araşdırmalara, milli dəyərlərin təbliğinə və dilimizin beynəlxalq arenada möhkəmlənməsinə töhfə verməkdən qürur duyur. Qeyd edək ki, “Nar” təhsil, mədəniyyət və sosial layihələrdə fəal iştirak edərək Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına dəstək göstərməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2024.12.06 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla