Yuxarı

Azərbaycanda bu qış necə keçəcək? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

“Fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır”, - N.Mahmudov deyib.

Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

Tarix
2024.12.18 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu silahlar Azərbaycan üçün təhlükə yaradır: Məcburuq ki...

Makron onların başqa hansı yerindən tutdu, bilmirəm...

Prezidentdən Gürcüstanda baş verən hadisələrə reaksiya

Rusiya ilə 4 il əvvəl bağladığımız müqavilələr təxirə salındı

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi

Azərbaycan və Türkiyə parlament sədrləri görüşdü

Əmiri İrəvandakı abidəmizi ziyarət etdi

İrəvan bu icazəni alan kimi gedəcək - Əliyev

Sülh üçün İrəvan 2 şərti yerinə yetirməlidir

Ermənilərin Bakının “hücum edəcəyi” panikasının səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla