Ana səhifə Toplum |
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakının şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, o cümlədən Yeni il atributlarının, çilçıraqların və digər bəzəklərin quraşdırılması işləri yekunlaşıb.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilir.
“Azneft” dairəsində isə Yeni il şam ağacı kompleksi yaradılıb. Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsində bayramın qeyd edilməsinə dair ənənəni yaşadır və buraya gələn vətəndaşları, turistləri möhtəşəm bir bayram görüntüsü ilə qarşılayır.
Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərdə nümunəvi küçələr hazırlansın. Bu hazırlıqlar, yalnız bayram əhvali-ruhiyyəsini yaratmaqla kifayətlənmir, həm də Bakı şəhərinin gözəlliyini və mədəni zənginliyini əks etdirir.
Tarix
2024.12.20 / 13:13
|
Müəllif
Axar.az
|