Yuxarı

Xankəndi Yeni ilə belə hazırlaşır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür.

Axar.az xəbər verir ki, 34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar da cəlb edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.

Qeyd edək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Bu yarmarka, azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.

Tarix
2024.12.23 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Vuçiç Ceyhun Bayramovu qəbul etdi

İran Azərbaycanı təbrik etdi: Dəstəklədik!

Bayramov Belqradda mühüm konfransda çıxış etdi

Əliyev möcüzəsi: Unikal idarəetmə, heyrətamiz diplomatiya

Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

Liderlər İlham Əliyevi təbrik edir

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

İlham Əliyev Roma Papasına məktub göndərdi

Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla