Yuxarı

“Keşlə bazarı”nın söküntü işləri təxirə salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metrostansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri icra olunur.

Axar.az xəbər verir ki, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yen yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur.

Sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq ,bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınır.

Tarix
2024.12.23 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər İlham Əliyevi təbrik edir

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Putin Əliyevi təbrik etdi

Vuçiç Ceyhun Bayramovu qəbul etdi

İran Azərbaycanı təbrik etdi: Dəstəklədik!

Bayramov Belqradda mühüm konfransda çıxış etdi

Əliyev möcüzəsi: Unikal idarəetmə, heyrətamiz diplomatiya

Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla