Nazir yeni sədri təqdim etdi - işdən çıxan sədr danışdı
20:43
Ana səhifə Toplum |
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.
Axar.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.
Tarix
2024.12.23 / 16:55
|
Müəllif
Axar.az
|