Ana səhifə Siyasət |
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Sahibə Qafarova Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq, Rusiya Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Milli Məclisi arasında mövcud olan sıx əlaqələr barədə danışıb.
Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərləri vurğulayıb, Dağıstanda böyük Azərbaycan diasporunun olduğunu və azərbaycanlıların Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tarix
2024.12.23 / 17:55
|
Müəllif
Axar.az
|