Yuxarı

Prokuror “Kanal 11”in direktoruna 9 il cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

O, İstək Totiyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

Növbəti proses dekabrın 28-də davam edəcək.

Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.

İstək Totiyevanın barəsində cinayət işi başlanılıb, başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.

Tarix
2024.12.23 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Vuçiç Ceyhun Bayramovu qəbul etdi

İran Azərbaycanı təbrik etdi: Dəstəklədik!

Bayramov Belqradda mühüm konfransda çıxış etdi

Əliyev möcüzəsi: Unikal idarəetmə, heyrətamiz diplomatiya

Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

Liderlər İlham Əliyevi təbrik edir

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

İlham Əliyev Roma Papasına məktub göndərdi

Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla