Qardaşlar ağır qəzaya düşdü, biri öldü
09:06
Ana səhifə Toplum |
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Tamilla Mehdiyeva həbs edilib.
Axar.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tiktok əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
Xatırladaq ki, bundan əvvəl tiktoker Zəhra Abbasova barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.
Tarix
2024.12.27 / 16:14
|
Müəllif
Axar.az
|