Yuxarı

Təyyarənin vurulması terakt ola bilərmi? - Şevçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarənin vurulması terakt ola bilərmi? - Şevçenko

Azərbaycana məxsus təyyarə qəzası ilə bağlı bir neçə sual açıq qalır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və jurnalist Maksim Şevçenko deyib.

“Uçuş Dağıstan ərazisi üzərindən, Xəzər dənizi boyunca keçir, sonra Kizlyar yaxınlığındakı təyyarə Qroznıya, şimala dönür. Təyyarə Dağıstanın böyük və kifayət qədər komfortlu Kaspiysk (Mahaçqala) hava limanı üzərində uçur. Bundan əlavə, Terek və Sunji boyunca təyyarə Qroznıya enməyə gedir. Qroznı hava limanı tez-tez baş verən və qəfil yaranan dumanları ilə tanınır. Dronlar səhər saat 5 radələrində Qroznıya hücum edir.

Burada bir neçə sual yaranır:

- Əgər Ukrayna PUA-sının Qroznıya hücumu barədə məlumat vardısa, niyə təyyarə Bakıdan havaya qalxıb?

- Mahaçqaladakı dispetçerlər niyə təyyarənin döyüş bölgəsinə daxil olmasına icazə veriblər?

- Təyyarə yaxınlıqda idisə, niyə Bakıya qayıtmayıb?

- Niyə təyyarə nəinki yaxınlıqda, praktiki olaraq Qroznının eniş zonasında olan Mahaçqalaya enməyib?

- Qroznı səmasında hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə hava döyüşü getdiyi halda niyə hamı yalnız Çeçenistanı günahlandırır? Yoxsa döyüş getmirdi?

- Qroznı ilə Bakı arasında münasibətlərin pozulmasında kim maraqlıdır?

- Qərb niyə özündən bu qədər uzaqda olan bu hadisəyə dərhal qarışdı?

- Bütün bunlar terror aktı ola bilərmi?” - o bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.

Tarix
2024.12.28 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla