Yuxarı

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb.

Axar.az-ın məlumatına görə, o bildirib ki, təyyarə 3-cü dəfə Qroznıya enişə cəhd edən zaman artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər.

"İşləmək üçün Qroznıya əmimin yanına gedirdim. İlk dəfə idi ki, təyyarədə səfər edirdim. Belə tam xatırlaya bilmirəm. Əvvəl bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı, amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bu dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat ətrafında Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük", - o deyib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.27 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

"Aeroflot" təyyarəsi Bakıda niyə təcili eniş edib? - Video/18+

Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv etdi

Təyyarə qəzası haqda xəbər rüsvayçılığı - Vinoqradov

Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi, tapşırıq verdi

Kşnyakinin etdiyi sadəcə möcüzədir - Amerikalı pilot

Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı - Foto

Milli həmrəyliyimizin rəmzi

Dubaydan Moskvaya uçan təyyarə Bakıya buna görə enib

Xorvatiyanın baş naziri Əsədova başsağlığı verdi

Qazax şahidlər ilk dəfə danışdı: Qəza baş verən an...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla