Yuxarı

Mütəşəkkil dəstənin işi Ağır Cinayətlərə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri barəsində cinayət işi məhkəməyə göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV (Əlavə dəyər vergisi) köçürmə əməliyyatlarının aparılması barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla mütəşəkkil dəstə üzvləri - Rasim Serqey oğlu Əliyev, Rəşad Füzuli oğlu Bağırov, Aleksey Sergeyeviç Yunin, Rəşad Gündüz oğlu Tağıyev, Müşviq Niymət oğlu Lətifov və Cavid İsrafil oğlu İsmayılzadənin 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına “ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürərək leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.

İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2024.12.28 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Qəzada həlak olanların nəşinin müayinəsi başladı

Pezeşkianın istefasını niyə istəyirlər? - Video

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi

Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!

Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?

Ceyms Obrayen Azərbaycana başsağlığı verdi

Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN

Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam

Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla