Ana səhifə Toplum |
2024.12.27. 21:01
Ukrayna Prezidenti Vladimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.
Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.
Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir.
Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.
Tarix
2024.12.28 / 00:43
|
Müəllif
Axar.az
|