Yuxarı

Lukaşenko İlham Əliyevə başsağlığı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, başsağlığında deyilir:

"Əziz İlham Heydər oğlu! AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərini Belarus Respublikasında dərin hüzn və kədərlə qarşıladılar.

Belaruslar Azərbaycan xalqına üz vermiş fəlakətin ağrı-acısını və əvəzolunmaz itkinin kədərini bölüşürlər.

Hörmətli İlham Heydər oğlu, belə bir ağır vaxtda Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi dəstək sözlərimi qəbul etməyinizi xahiş edir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram".

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.29 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Spivakdan Əliyevlə bağlı sensasion sözlər - Video

Saakaşvili türmədən açıqlama verdi: Əliyev elə bir şey etdi ki...

İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!

Fransa və Almaniyadan Gürcüstana qarşı sərt qərar

MDB sədrliyi Rusiyadan bu ölkəyə keçdi

Paşinyanın 2025-ci il sülh mesajı: Bunsuz mümkün deyil!

Prezident niyə “yanvarın sonundan” dedi?

İlham Əliyev Sudan liderinə məktub göndərdi

İlham Əliyev Kuba prezidentini təbrik etdi

ABŞ səfirinin Azərbaycana təbrikində müsbət notlar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla