Yuxarı

İstanbulda Fələstinlə bağlı nəhəng yürüş keçirildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda Fələstinlə bağlı nəhəng yürüş keçirildi - Video

Fələstindəki qətliamın dayandırılması məqsədilə İstanbulda təxminən 400 min nəfərin iştirakı ilə aksiya keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Türkiyə Gənclik Vəqfinin başçılıq etdiyi “Dünyanı oyandırırıq”, “Dünən Aya Sofya, bu gün Əməvi, sabah Əqsa”, “Bir Günəş doğulur”, “Qüds bizimdir!”, “Uşaqların böyümədiyi yer - Qəzza”, “Qüds işğal altındadır” şüarları ilə həyata keçirilən aksiya üçün iştirakçılar Aya Sofya, Sultan Əhməd, Fateh, Süleymaniyyə və digər məscidlərin önündə toplaşaraq, korteclərlə Qalata körpüsünə yürüyüş edib.

Nümayişçilər tıxac səbəbindən piyada və ya qayıqlar vasitəsilə aksiya ünvanına gələ bilib.

Böyük təhlükəsizlik tədbirlərinin görüldüyü körpünün ortasında türkcə və ingiliscə “Qəzzadakı soyqırımı dayandırın!” yazılmış nəhəng plakat açılıb, Türkiyə və Fələstin bayraqları qaldırılıb.

Tarix
2025.01.01 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla