Ana səhifə Toplum |
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Mangistau vilayətində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirən bir qrup Qazaxıstan vətəndaşını təltif edib.
Axar.az xəbər verir ki, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi şirkətinin və Aktau şəhəri Beynəlxalq Hava Limanının əməkdaşları var.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Tarix
2024.12.29 / 19:25
|
Müəllif
Axar.az
|