"Qarabağ" bu qapıçısı ilə yollarını ayırır
19:47
Ana səhifə Toplum |
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında məlumat yayıb.
“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.
Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.
Tarix
2024.12.29 / 20:12
|
Müəllif
Axar.az
|