Yuxarı

Bakıda xəncərlə mühafizəçiyə hücum etdilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xəncərlə mühafizəçiyə hücum etdilər - Video

Bakının mərkəzində yerləşən "Capital Towers" yaşayış kompleksində dəhşətli hadisə baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar.

Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, mühafizəçiyə xəncərlə hücum edən şəxs saxlanılıb:

"Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır".

Həmin görüntüləri təqdim edirik:

Tarix
2024.12.30 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla