Yuxarı

“Əxlaqsızlıq genetik faktordur”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əxlaqsızlıq genetik faktordur”

Gəncləri əxlaqsızlıga sürükləyən səbəblər

Azərbaycanda son dönəm yüngül həyat tərzinə meyl, adət-ənənələrimizdən gələn əxlaq normalarının müəyyən mənada dağılması rahatsızlıqlar yaradır. Bunu Avropa dəyərlərinin ölkəmizə ayaq açması ilə də, maddi durumla, sosial problemlərlə əlaqələndirənlər olduğu kimi, cəmiyyətdə adət və ənənələrin zəifləməsinə bağlayanlar da var.

Bəs görəsən son zamanlar yüksələn xətlə gedən bu fakta ziyalılarımız necə yanaşır?

Genetik faktorlar

Müğənni Elmira Ələkbərzadənin fikrinə görə, gənc qızların bu yolu seçməsinə səbəb genetik faktordur. "Düşünürəm ki, bu, valideynlərin verdiyi tərbiyədən, yəni övladı necə böyütməkdən və gendən asılıdır".

Mövcud problemlərdən qurtulamaga cəhd etmək

Jurnalist Telli Pənahqızı gənc qızların belə həyat tərzinə meyl etməsinin səbəbini onların yaxşı yaşamağa can atması ilə əlaqələndirdi. "Adətən gənc qızlar maddi problemlərdən canını qurtarmaq üçün bu yola baş vururlar".

Deqradasiya

Fəlsəfə doktoru Həyat Şəmi bu halları müxtəlif səbəblərlə izah etdi.
"İnformasiya texnologiyalarının inkişafı, milli- mənəvi dəyərlərin getdikcə deqradasiyaya uğraması başlıca səbəbdir. Gənc qızların bu yolu seçməyinə əsas səbəb həm də onların Avropa həyat tərzinə meyl etməsi, ata-anaya tabe olmamağa çalışmasıdır".

Onları bu yola yönləndirənlər var

Xalq artisti Ofeliya Sənani də bunun səbəbini gənclərin səbirsiz olması, rahat həyata asan yolla sahib olmaq istəməsi ilə əlaqələndirdi. "Bölgələrdə iş yerlərinin olmaması, ordakı gənclərin paytaxta axın etməsi də əsas səbəblər sırasındadır. Rayonlada zavodlar, fabriklər tikilsə, gənclər çalışaraq maddi tələblərini özləri ödəyər".

Ofeliya Sənani həm də gəncləri indi belə yollara yönləndirənlərin olduğunu da istisna etmədi.

Tarix
2014.02.18 / 18:48
Müəllif
Lalə Novruzlu
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla