Yuxarı

Azərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

"Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda qeyd olunub.

Tarix
2025.01.18 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği...

Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Fidan və Bayramovun geniş tərkibdə görüşü başladı

ABŞ-ın yeni dövlət katibi hədəfini elan etdi: Bakının gözləntisi…

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Hakan Fidan Bakıya gəldi

Britaniya parlamentində Qanlı Yanvarla bağlı təşəbbüs...

Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin!

Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə...

Kimsə məhkəməyə təzyiq göstərə bilməz - Şəfiyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla