Yuxarı

İşıqforun altını parkinqə çevirdi: DYP cəzalandırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşıqforun altını parkinqə çevirdi: DYP cəzalandırdı - Foto

13:14

Nizami rayonu ərazisindəki Özbəkistan küçəsinin sonunda yerləşən işıqforun yaxınlığında daimi olaraq şəkildə gördüyünüz bu avtomobil park edilir.

Axar.az xəbər verir ki, Özbəkistan küçəsində hərəkət bu avtomobilin işıqforun altında park edilməsi səbəbindən birzolaqlı yola çevrilir, nəticədə 30 saniyədən də az “yaşıl keçid” verən işıqfordan nəqliyyat vasitələrinin sürətli keçidi mümkün olmur və sıxlıq yaranır. Özbəkistan küçəsindən sağa və sola hərəkət olduğundan, park edilən avtomobil həm də avtomobillərin dönməsinə və beləliklə bir-birinin yoluna çıxmasına şərait yaradır.

Daimi olaraq sözügedən ərazidə bu nəqliyyat vasitəsinin park edilməsindən ilhamlanan digər sürücülər də həmin yerdə avtomobillərini park edirlər ki, bu da daha böyük sıxlığa səbəb olur.

Bakı şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, paytaxtın Nizami rayonu Özbəkistan küçəsində dayanma və durma qaydalarını kobud şəkildə pozaraq ərazidə sıxlığın yaranmasına səbəb olan nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Tarix
2025.01.24 / 18:31
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bu şirkətlə sıx işləyəcəyik - Prezident

İlham Əliyev Vaşinqtona dəvət edildi

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Hakan Fidan Arakçı ilə müzakirə apardı

Baş nazirə etiraz edib, vəzifədən istefa vermişdi... - Dosye

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Azərbaycan heç zaman görünmədiyi qədər... - Prezident

Vens İrəvanda bəyan etdi: TRİPP fondu yaradılacaq

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla