Yuxarı

İlham Əliyev Vaşinqtona dəvət edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Vaşinqtona dəvət edildi

ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

"Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələri yığışıb.

O vaxtdan bəri biz Azərbaycana çox böyük marağın olduğunun şahidiyik. Sizin nazirlər həmişə gələ bilərlər. Qarşılıqlı əlaqə üçün nə qədər çox imkan olsa, Azərbaycanda Amerika şirkətləri üçün mövcud olan fürsətlərin onlar tərəfindən qavranılması bir o qədər də çox olacaq.

Gələn dəfə Siz Nyu-Yorkda olanda, - Sizin necə məşğul olduğunuzu bilirəm, lakin biz əvvəlcədən planlaşdıracağıq, - səfəriniz çərçivəsində bizim üçün dəyirmi masanın təşkilində yardımçı olmağı xahiş edəcəyik. Bəlkə Nyu-Yorka bir gün əvvəl gələ bilərsiniz, - hətta bu, bazar günü də ola bilər, - Sizin fikirlərinizi, şirkətlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik", - Çoksi vurğulayıb.

Tarix
2026.02.09 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla