Yuxarı

Qəzalı məktəblə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzalı məktəblə bağlı rəsmi açıqlama

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı mediada yayımlanan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Regional İdarədən APA-ya nın sorğusuna cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.

"Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edirik ki, Oğuz rayonunun şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinin yalnız idman zalının yerləşdiyi binanın fasadına vurulmuş üzlük daşlarının bir hissəsi tökülüb. Həmin korpusun təmiri məqsədilə aidiyyəti üzrə müraciət edilib".

Bildirilib ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Tarix
2025.01.25 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla