Yuxarı

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.

Axar.az “Azərenerji”yə istinadən xəbər verir ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir.

6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat «yaşıl enerji»nin istehsal edilməsi və bununla 24 milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və "Nadirxanlı", Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.

Tarix
2025.01.31 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Rusiya arasında nə baş verir? - Markedonov

MTX-dən İrəvanın mərkəzində oxunan “Qarabağ” açıqlaması - Video

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... – Video

İrəvanda “Qarabağ” səsləndi: onlar Ermənistanın ağalarıdır!

Ekspertlər həyəcan təbili çalır, AQTA-nın tükü belə tərpənmir...

Ombudsman Hassana yazdı: Bakıya qərəzli yanaşma...

Putin Əsədi Suriyaya verməsə, nələr itirəcək? - Politoloq

Azərbaycanda da bu cərimələr silinə bilərmi?

Şok: İrəvanda azərbaycanlılar "Qarabağ" oxudu - Video

Ərdoğan “Zəngəzura bu ölkə mane olur” demişdi: ancaq 4 ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla