Putin Əsədi Suriyaya verməsə, nələr itirəcək? - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hazırkı vəziyyətdə belə bir addım atacağını düşünmürəm. Bu, onsuz da aşağı olan etimada daha da zərbə vuraraq Rusiyanın mövqeyini zəiflədər. Onun müttəfiqləri isə Moskva ilə birlikdə irəliləyə bilməyəcəklərini anlayarlar. Buna görə də Rusiya Bəşər Əsədi verməməyə çalışacaq. Lakin bu halda Moskvanın ciddi problemləri yaranacaq.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Suriyanın Rusiyadan tələbləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu, Moskva üçün çətin qərar olar:

“Hələlik bu tələb rəsmi olaraq səsləndirilməyib. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfəri zamanı Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşündə Əsədlə bağlı müzakirələrin olmasına dair mətbuatda yazılar gedib. Göründüyü kimi, Suriya hökuməti fəaliyyətə başladıqdan dərhal sonra Rusiya onunla təmasa keçdi və müəyyən dəstələrə dəstəyi, bombardmanı dayandırdı. Çünki Moskva maksimum dərəcədə Tartusdakı limanı və Xmeymimdəki hərbi-hava bazasını əlində saxlamağa çalışır. Lakin bu, çətin görünür. Hökumət artıq tələb irəli sürüb – Rusiya Bəşər Əsədi, digər cinayətkarları və ölkədən çıxarılan milyardlarla dollar vəsaiti təhvil verməlidir”.

Politoloq bildirib ki, Rusiya Əsədlə bağlı razılığa gəlməsə, əhəmiyyətli mövqelərini itirimiş olacaq:

“Hazırda Rusiya iki seçim qarşısındadır: ya Yaxın Şərqdə və Aralıq dənizindəki sonuncu bazasını itirəcək – hansı ki, bu baza Afrikaya və digər ərazilərə logistik dəstək üçün çox əhəmiyyətlidir, ya da Əsədi təhvil verəcək və bununla da müttəfiqlərinin etimadını itirəcək. Moskva isə bu mövzunu açıq şəkildə müzakirə etməkdən yayınmağa, danışıqları uzatmağa və müəyyən güzəştlərlə bazalarını qoruyub saxlamağa çalışır.

Digər tərəfdən maraqlı bir məqam ortaya çıxıb. ABŞ və Avropa Birliyi Suriyaya yardım edəcəklərini bildiriblər və əvvəlki sanksiyaları qaldırmağı düşünürlər. Bərpa işləri üçün Suriyanın yüz milyardlarla dollara ehtiyacı var. Lakin Qərb ölkələri yardımı şərtlə verirlər – Rusiya bazaları Suriyadan çıxmalıdır. Bu vəziyyətdə Suriya hökuməti də çətin seçim qarşısında qalır. Qərbdən dəstək almaq üçün onların irəli sürdüyü şərtləri yerinə yetirməyə məcburdur”.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfəri zamanı Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşüb. “Röyters” görüş zamanı Əsədin ekstradisiyasının və Suriyanın vəsaitlərinin geri qaytarılmasının tələb edildiyini yazıb.

Tarix
2025.01.31 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Baş nazirdən qərar: Bu şəxslərə kompensasiya ödəniləcək!

Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı...

Cənubi Qafqazdakı proseslər İran və Rusiyanı maraqlandırır

Maraqlı qadağa: Putinə olar, rus xalqına yox

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla