Yuxarı

Rəhman Şahhüseynli saxlanıldı, 500 manat cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.

R.Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.

Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib.

Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli təsdiqləyib.

Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

Tarix
2025.01.31 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Razılaşdırılmayan 2 maddə ilə bağlı təkliflərimiz budur

Azərbaycana maneəsiz keçid verməyə hazırıq, ancaq...

ATƏT-in Minsk Qrupu ləğv edilməlidir!

Bakıdan qovulan iranlı fahişələr deputatla... - Sensasiya

Azərbaycanla Rusiya arasında nə baş verir? - Markedonov

MTX-dən İrəvanın mərkəzində oxunan “Qarabağ” açıqlaması - Video

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... – Video

İrəvanda “Qarabağ” səsləndi: onlar Ermənistanın ağalarıdır!

Ekspertlər həyəcan təbili çalır, AQTA-nın tükü belə tərpənmir...

Ombudsman Hassana yazdı: Bakıya qərəzli yanaşma...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla