Yuxarı

“Qarabağ” niyə uduzur? – Qurbanov “əl gəzdirməlidir”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” niyə uduzur? – Qurbanov “əl gəzdirməlidir”

"Qarabağ" üçün avrokubok mövsümü bitdi. Bu günə qədər etdikləri üçün təşəkkür edib, görülməli olan işləri deməliyik.

Axar.az xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev qeyd edib.

Ekspert bildirib ki, bu cür uğursuzluqların təkrarlanmaması üçün ilk növbədə müdafiənin mərkəzinə iki, orta xəttə bir, hücuma da azı bir transfer edilməlidir:

“Məşqçilər heyətinə əlavələr, hətta lazımdısa, dəyişikliklər edilməlidir. 3-4 nəfərlə işləmək dövrü arxada qalıb, bu öz yerində. Ancaq konkret problemli postlar var, ona təxirəsalınmaz müdaxilə gərəkdir. İlk növbədə standart vəziyyətlər məşqçisi olmalır, gətirilməlidir komandaya. Bu, müasir futbolun tələbi, məcburiyyətdir. Eyni zamanda qapıçılarla işləyən yeni məşqçi və ya məşqçi köməkçisi də gətirilməlidir. Koxalski möhtəşəm oynadı, ancaq bu, onun istedadı hesabına mümkün oldu. Ona qədərkilərin hamısındakı eniş səbəbsiz deyil”.

Məstəliyev qeyd edib ki, Qurban Qurbanov işinə davam edəcəksə, oynatdığı futbola, prinsiplərinə əl gəzdirməlidir:

“Son illərdə tətbiq etdiyi fəlsəfəyə yenidən baxmalı, düzəlişlər etməlidir. “Vur-vurum” oyununa bu heyətin potensialı, gücü çatmır.

İllərin yığılıb-qalan psixoloji yükünün ağırlığı komandaya mane olur. Onu götürmək üçün tədbirlər görülməlidir.

“Qarabağ” klub olaraq qarşıdakı azı 3 il üçün yol xəritəsi hazırlamalı, icrasına indidən, bu gündən start verməlidir. Vaxt-vədə yetişib”.

Qeyd edək ki, “Qarabağ” ötən gün “Olimpiakos”a 3:0 hesabı ilə uduzub.

Tarix
2025.01.31 / 13:38
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla