Bu insanlar içkidən tam imtina etməlidir
02:25
Ana səhifə Toplum |
Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Axar.az-a Azərişıq ASC-dən bildirilib.
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Tarix
2025.02.01 / 00:37
|
Müəllif
Axar.az
|