Yuxarı

FHN şadlıq sarayı və restoran sahiblərinə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) şadlıq sarayı və restoran sahiblərinə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə bir sıra fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyinə əməl etmədiyi və sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verdiyi bildirilib.

Məlumata görə, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir", - müraciətdə bildirilib.

Tarix
2025.02.03 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda eşitdiklərim bunlar idi: tam fərqli... - Qrono

Spikerdən Aqil Abbasa irad: bu, parlament sözüdür?

Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Suriya bizim üçün mənəvi vətəndir - Deputat

Köçəryanla görüş: Əliyevin sensasion gedişi - Nazir açıqladı

DTX və DİN 8 nəfəri belə məhv etdi – Əməliyyat çəkilişi

DTX və DİN-in yaxaladığı terrorçular - Foto

Qüvvələrimiz Ermənistana belə girə bilər...

Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla