Yuxarı

Hacı İbrahim Eynulla Fətullayevə dəstək verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı İbrahim Eynulla Fətullayevə dəstək verdi

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, "Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimov jurnalist Eynulla Fətullayevin öz saytlarında "Nazir İbrahimovun oğlunun təyyarələri, katerləri və ada əyləncələri" başlıqlı materialın yayılmasına münasibət bildirib.

İ.İbrahimov "Publika.az"a açıqlamasında deyib:

"Eynulla jurnalistdir və onun nə isə yazmağında qəbahətli heç nə yoxdur. Mənim Eynullaya böyük hörmətim var, onun bir tərəfi naxçıvanlıdır. Mənim heç bir jurnalistlə, o cümlədən Eynulla ilə münasibətlərim pis deyil. Eynulla mənim yerlimdir. Eynulla da jurnalist olaraq nəsə yazmalıdır da. Gərək Eynulla belə şeylərdə diqqətli olsun və sadəcə, mənim adımı kiminsə məsələsinə qarışdırmasın. Mən iş adamıyam. Əgər Eynullanın mənə sözü varsa, zəng etsin, nə istəyir soruşsun. Digər tərəfdən isə mənim hələ ki, təyyarəm yoxdur. Olsa belə, burada pis nə var ki! Dövlət adamlarının təyyarəsi ola bilir, biznes adamlarının yox? Bizim ölkədə bu da tərsinədir. Təyyarəm olsa, ilk növbədə özüm minərdim, qardaşım oğlu yox. Xaricə camaat necə gedib-gəlirsə, mən də o cür gedib-gəlirəm. Açığı deyim ki, qardaşımın və onun oğlunun işlərindən xəbərim yoxdur. İndi özümün o qədər problemim var ki, onları həll edirəm".

Hacı İbrahim qardaşı oğlu Elnur İbrahimovun şəxsi təyyarədən istifadə edib-etməməsi məsələsinə də toxunub: "Vallah, mənim onlardan xəbərim yoxdur. Ancaq qardaşım oğlu heç yerdə işləmir. O, birinci, yaxşı işdə işləsin ki, şəxsi təyyarəsi olsun. Hələ gedib pul qazansın, sonra təyyarə barədə düşünsün. Mənə baxmayın, 1987-ci ildən biznesmenəm. Mən heç dəbdəbəli həyat da sürmürəm. İndi ömrümün qalan hissəsini də şəhər tikməyə həsr edirəm. Mənim elə imkanım olsa belə, ilk növbədə şəhər tikərəm, gedib təyyarə almaram. O ki qaldı bahalı maşınlara, hamı kimi mənim də maşınım var. Dövlət məmuru deyiləm ki, rüşvət alıb nə isə edim. Sizə bir lətifə danışım. Deməli, bir nəfər gedib dəryada balıq tutur, tilovuna qızıl balıq düşür. Qızıl balıq and-aman edir ki, məni suya burax, sənin 3 arzunu yerinə yetirim. Balıq tutan adam qızıl balıqdan 3 arzu istəyir. Birinci arzusu "Niva", ikinci arzusu "Niva", üçüncü arzusu da "Niva" avtomobili olur. Qızıl balıq soruşur ki, niyə üç arzunun üçündə də ancaq "Niva" istədiniz? Balıqtutan cavab verir: Üçünü satıb, özümə bir "Cip" alacam. İndi mənim "Cip"imi görüb deyirlər ki, Hacı İbrahim özünə "Cip" alıb. Hacı İbrahimin anadan olandan "Cip"i olub. Hazırda 3 avtomobildən istifadə edirəm. Ümumilikdə isə avtomobilim çoxdur, onlardan ailəm istifadə edir.

Mən iş adamı olduğum üçün qonaqlarım da avtomobillərimdən istifadə edir. Maşınlarla bağlı Eynulla doğru yazıb. Nə maşınlarım varsa, hamısını düz yazıb. Hətta bir qədər az yazıb".

Tarix
2014.02.19 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi

Liderlər İlham Əliyevi təbrik edir

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla