Yuxarı

Rus Evi ilə bağlı tədbirlər görüləcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Rus Evinin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib.

Qeyd olunub ki, “Reklam haqqında” qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə Dövlət Reklam Agentliyi açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. Həmin Qaydanın 3.2-3.5-ci bəndlərinə əsasən Dövlət Reklam Agentliyi açıq məkanda icazə əsasında yayımlanan və yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamlarda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının pozulması hallarını aşkar etdikdə, eləcə də icazəsiz və yayım haqqını vaxtında ödəmədən reklam yayımı hallarını müəyyənləşdirdikdə, pozuntu halları təsvir olunmaqla, müvafiq akt tərtib edir və həmin pozuntuların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verir.

Sözügedən yazılı göstərişdə nəzərdə tutulan tələblər yerinə yetirilmədikdə, qanunvericilik aktlarının müddəaları pozulmaqla yayımlanan reklamın yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür. Bununla yanaşı, adıçəkilən Qaydanın 3.7-ci bəndinə əsasən Dövlət Reklam Agentliyi reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

Əlavə olaraq bildiririk ki, faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Dövlət Reklam Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Tarix
2025.02.04 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Neft Daşları-Dübəndi neft xəttində sızma baş verdi

Ermənistanla sərhəddə görüş keçirildi, razılıq əldə edildi

İlham Əliyev Bakıda bu yeni parkın açılışında - Foto

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Ceyhun Bayramov geniş kollegiya iclası keçirdi

Hacıyevin səfəri: Sübhani Xameneini də aşağıladı

Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatdı

Sumqayıtda bu məscidlər sökülüb? - Rəsmi açıqlama

Bakının Kiyevə humanitar yardımı: Britaniyadan reaksiya...

Cəlal Arutyunyana hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla