Yuxarı

Bakıya qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb. Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir. Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub.

Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.

Tarix
2025.02.09 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı…

Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək?

Rusiya Ermənistanda hərəkətə keçir - Bakı hazırlaşmalıdır

Azərbaycan səfiri Berlində evsizlərə yemək payladı

İTV-nin canlı yayımına haker hücumu oldu - Foto

Ermənistan fəal şəkildə müharibəyə hazırlaşır - Video

Ermənilər sərhədimizdə yeni döyüş mövqeyi qurdu - Foto

Yusifov qəzada həlak olanların ailələrinə ev hədiyyə etdi

Seçkilərin yekunları ilə bağlı MSK-da növbəti iclas...

Bakıya “hücuma keçən” rus redaktoru kim hədələyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla