Fərdi Tayfurun vəfatından sonra mirası ilə bağlı müxtəlif xəbərlər və iddialar ortaya çıxıb.
Axar.az Olay.az-a istinadən xəbər verir ki, Tayfurun 17 oktyabr 2024-cü ildə notarius vasitəsilə tərtib etdiyi vəsiyyətnaməsi 5 fevral 2025-ci ildə Muğlanın Marmaris ilçəsindəki 1-ci Sülh Cəza Məhkəməsində açılıb.
Vəsiyyətnamədə mərhumun mirasının bir hissəsini müxtəlif vəqflərə bağışladığı qeyd edilib. Lakin qızı Tuğçe Tayfur və oğlu Timur Turanbayburt Tayfur bu vəsiyyətnaməyə etiraz ediblər.
Bununla yanaşı, Fərdi Tayfurun vəkili Hakan Tamgüç Tuğçe Tayfurun mirasdan məhrum edilmədiyini və payını alacağını bildirib.
Sağlığında ona böyrəyinin birini verən oğlu Timur Tayfurun isə mirasdan məhrum edildiyi qeyd olunub.
Fərdi Tayfurun illik təxminən 35 milyon TL məbləğində müəllif hüquqları gəliri əldə etdiyi və bu gəlirin də qanuni varislərinə keçəcəyi bildirilir.
Mirasın dəqiq bölüşdürülməsi və digər hüquqi məsələlərlə bağlı proseslər hələ davam edir.