Yuxarı

“Akart”ın eksklüziv kolleksiyası “Sahil” metrosunda – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Akart”ın eksklüziv kolleksiyası “Sahil” metrosunda – Foto

Yeni nəsil ödəniş həlli vasitəsilə Azərbaycanın mədəni irsini təbliğ etməyi hədəfləyən xüsusi “akart” dizaynları artıq Bakı Metropoliteninin “Sahil” stansiyasında sərgilənir.

Tanınmış rəssamlarımız – Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyub Məmmədov, Rasim Babayev və digər incəsənət xadimlərinin sevilən əsərlərini özündə əks etdirən bu eksklüziv “akart” kolleksiyası Azərbaycan mədəniyyətinin görkəmli nümunələrini daha geniş auditoriyaya təqdim edir.

Bu unikal dizaynlar A-Solutions Elektron Pul Təşkilatı, Visa və Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayında ictimaiyyətə təqdim edilib. Hazırda 30 rəqəmsal kart dizaynı istifadəyə verilib və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.

Hər bir “akart”istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi “akart” mobil tətbiqi vasitəsilə edərək milli incəsənətimizi təcəssüm etdirən innovativ kartlara sahib olun!

Qeyd edək ki, akart “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən istifadəyə verilmişdir. 16 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankından lisenziya almış ilk elektron pul təşkilatı olan A-Solutions, "Azercell Telekom" MMC-nin törəmə şirkəti olaraq yeni nəsil maliyyə həlləri təklif edir və nağdsız hesablaşmalara çıxışı olmayan insanlar üçün bu xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.

“Akart”ilə nağdsız ödənişlər hər an, hər yerdə hamı üçün əlçatandır!

Tarix
2025.02.14 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla