Yuxarı

Trampın Avropadakı baş müşaviri odur - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Avropadakı baş müşaviri odur - FT

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Avropadakı baş müşaviridir.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" baş katibə yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, məhz M.Ruttenin sayəsində D.Tramp Qrenlandiya və Avropaya maliyyə tarifləri ilə bağlı ritorikasını yumşaldıb. Bunun müqabilində Avropa liderləri sadəcə adada ABŞ-ın mümkün iştirakını müzakirə etmək barədə razılığa gəliblər.

Mənbələr qeyd ediblər ki, 14 il ərzində Niderlandın baş naziri olması Rutteyə kompromis tapmağı və saziş bağlamaq yollarını öyrədib.

Leyden Universitetinin (Niderland) dosenti Ernst Diykşornun sözlərinə görə, M.Rutte D.Trampla münasibətlərində "sualtı üzmə" prinsipini hər kəsdən daha yaxşı başa düşür: Su altında qalmaq, dalğa yaratmamaq və nəticə əldə etmək üçün yalnız lazım olduqda suyun üzünə çıxmaq...

Qeyd edək ki, Mark Rutte NATO-ya 1 oktyabr 2024-cü ildən rəhbərlik edir. O, 2010-cu ildən 2024-cü ilə qədər Niderlandın baş naziri olub.

Tarix
2026.01.24 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla