Yuxarı

Türkiyədən COP31-lə bağlı təyinat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən COP31-lə bağlı təyinat

Türkiyənin “Sıfır Atık Vakfı” sədri Samed Ağırbaş bu il Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim konfransında BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum sosial şəbəkələrdə məlumat yayıb.

“Bu il Türkiyənin ev sahibliyi edəcəyi və 197 ölkənin nümayəndələrini birləşdirəcək COP31 iqlim sammitində Samed Ağırbaşın iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempion təyin olunduğunu məmnuniyyətlə bildirirəm”, - deyə o yazıb.

Murad Kurum həmçinin S.Ağırbaşın COP31 prosesinin uğuruna əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Türkiyə ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək ölkə kimi seçilib. Konfrans 2026-cı il noyabrın 9-20-də Antalyada baş tutacaq, lakin COP31-ə hazırlıqla bağlı əsas danışıqlar Avstraliyada aparılacaq.

Tarix
2026.01.24 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla