Yuxarı

Bu yola son dəfə 90-cı illərdə asfalt salınıb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yola son dəfə 90-cı illərdə asfalt salınıb - Foto

Oğuz rayonunun Calud kəndinin yolu uzun müddətdir təmir edilmədiyindən yararsız vəziyyətə düşüb.

Axar.az xəbər verir ki, bu barədə Report-a kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, Calud rayon mərkəzindən cəmi 4 kilometr məsafədə yerləşsə də, kənd yoluna sonuncu dəfə ötən əsrin 90-cı illərində asfalt salınıb. 2 min 300 nəfərdən artıq əhalinin yaşadığı kəndin sakinləri yolun nə vaxt təmir olunacağına dair suala cavab ala bilmirlər.

Kənd sakini Vilayət Həsənov bildirib ki, 1989-cu ildən məskunlaşdığı kəndin yolunda əsaslı təmir işləri aparılmayıb:

“Yağış yağanda gah traktor salırlar, gah da yamaq vururlar, ancaq sel yenə də yolu yuyub aparır. Yolun vəziyyəti ildən-ilə pisləşir, sürücülər maşınlarını həftədə bir dəfə təmirə aparmaq məcburiyyətində qalıb. 2020-ci ildən bu günə qədər dəfələrlə vəd verilsə də, yol indiyədək abadlaşdırılmayıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, Oğuz rayonunun Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calud-Malıx avtomobil yolunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində nəzərdə tutulub:

“Altı yaşayış məntəqəsini əhatə edən həmin yolun uzunluğu 32 kilometrdir. Yolun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi avtomobil yolu agentliyimiz tərəfindən əsaslı şəkildə yenidən qurulacaq”.

Tarix
2025.02.18 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla