Yuxarı

DİN-dən sürücülərə çağırış: Bu halda maşın sürməyin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən sürücülərə çağırış: Bu halda maşın sürməyin!

Xızı rayonunda yolun buz bağlaması qəzaya səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimala görə “Mitsubişi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn QAZ-31 markalı avtomobillə toqquşub.

"BDYPİ şaxtalı hava ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bir daha sürücülərə müraciət edərək, onları şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır", - məlumatda qeyd olunub.

Bildirilib ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.

Tarix
2025.02.19 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla