Yuxarı

Bu şəxslərin pensiyasında artım iki dəfə olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Bu aydan isə ən aşağı pensiya 320 manatdır. Bəs, işləyən vətəndaşlarımızın pensiyaları necə artırılacaq?

Axar.az xəbər verir ki, bu sualı millət vəkili Vüqar Bayramov cavablandırıb.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:

“6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 8.1 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur.

Keys üzərindən baxaq: Vətəndaşımıza 2019-ci ilin fevralın 1-də yaşa görə ümumi əsaslarla 700 manat əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. Onun pensiya məbləği 2025-cü ilin fevralın 1-də pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilir. Fevral ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 700 manat + 56.7 manat (700 manat X 8.1%) + 350 manat = 1106.7 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər”.

Tarix
2025.02.20 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla